Ermənistan Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın regional kommunikasiyaların  açılması parametrləri ilə bağlı bəyanatını şərh edib.

"Unikal" erməni mediasına istinadən xəbər verir ki, nazirliyin sözçüsü Ani Badalyanın sözlərinə görə, Ermənistan öz suverenliyinin hər hansı bir sənədlə məhdudlaşdırılması barədə razılaşmayıb.Badalyanın sözlərinə görə, Ermənistan bu yaxınlarda “Dünyanın kəsişməsi” layihəsini təqdim edib və regional kommunikasiyalar açılsa, Ermənistan öz ərazisində gömrük və sərhəd nəzarəti həyata keçirəcək.Bundan başqa, Ermənistan Milli Təhlükəsizlik Xidmətində malların, yüklərin, nəqliyyat vasitələrinin və insanların hərəkətinə nəzarəti təmin edəcək xüsusi bölmə yaradılıb. Badalyan onu da qeyd edib ki, Ermənistanın suveren ərazisinin heç bir hissəsində üçüncü ölkənin nəzarəti yaradıla bilməz.

Xatırladaq ki, Zaxarovanın sözlərinə görə, üçtərəfli razılaşmalara müvafiq olaraq Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Təhlükəsizlik Xidmətinin sərhəd xidməti həyata keçirməlidir.