Bakının Maştağa qəsəbəsində bir evin həyətindən 3 000 manat dəyərində generator və təmir alətləri oğurlanıb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən noyabrın 4-də Maştağa qəsəbəsində bir evin həyətindən 3000 manat dəyərində generator və təmir alətləri oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini E.Qurbanov saxlanılıb.

Araşdırma aparılır.