Noyabrın 10-da saat 13:30 radələrində Biləsuvar rayonunun Təzəkənd kənd sakini, 2015-ci il təvəllüdlü vətəndaşı üçün təcili yardım çağırışı olub. Vətəndaşın xəstəxanayaqədər ölüm halı qeydə alınıb.

Bu barədə "Unikal"a TƏBİB-dən məlumat veriıib. 

Qeyd edək ki, bu gün 2015-ci il təvəllüdlü Tellixanım Anar qızı Məmmədli qəfil vəfat edib. Onun ölümünə ev şəratində hazırlan kələm turşusunun səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***15:38

Biləsuvar rayonunda azyaşlının qidadan zəhərlənməsi ölümlə nəticələnib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib.

2015-ci il təvəllüdlü Tellixanım Anar qızı Məmmədli ağır vəziyyətdə, zəhərlənmə diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yeniyetmə qıza göstərilən bütün tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, T.Məmmədova dünən ailəsi ilə birgə, ev şəraitində hazırlanan kələm şorabası yeyib. Bundan sonra o özünü pis hiss edib. Ehtimal olunur ki, azyaşlının zəhərlənməsinə məhz kələm şorabası səbəb olub.

Faktla bağlı araşdırma aparılır.