Şəkidə toy karvanında qəza baş verib, sürücü xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə rayonunun Kiçik Dəhnə kəndində baş verib.

Toy karvanında hərəkətdə olan​ iki minik  avtomobili toqquşub, nəticədə avtomobillərdən birinin sürücüsü  1994-cü il təvəllüdlü  Salmanov  Vahab  müxtəlif dərəcəli bədən xəsarətləri alaraq   Şəki RMX​-na yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli