Gəncədə zəncirvari qəza olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərdə fəaliyyət göstərən şadlıq sarayların birinin qarşısında qeydə alınıb. Hərəkətdə olan "Mercedes", "VAZ 2107" və "VAZ 2106"  markalı minik maşınları toqquşub.

Qəza zamanı xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov