Bakı şəhərinin Sabunçu rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, rayonda üçmərtəbəli yataqxana binasına bitişik ümumi sahəsi 35 m² olan tikilinin yanar konstruksiyaları yanıb.

Yataqxana binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.