"Qarabağ"ın zədəli qapıçısı Andrey Lunyovun durumuna aydınlıq gəlib.
"Unikal" xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Bayer"lə görüşdə (0:1) zədələnən rusiyalı qolkiper təxminən 14 gün yaşıl meydanlardan kənarda qalacaq.
Bu haqda Ağdam təmsilçisinin həkimi məlumat verib. O, qapıçının Rusiya millisinin qarşıdakı təlim-məşq toplanışına da qatıla bilməyəcəyini qeyd edib.
Xatırladaq ki, noyabrın 20-də Rusiya millisi Volqoqradda Kuba ilə yoldaşlıq oyunu keçirəcək.