Bakıda evdən oğurluq edən şəxs tutulub.

"Unikal" xəbər verir ki, Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 8-də rayon ərazisindəki mənzillərin birindən 2000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Böyükağa Abdullayev müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.