“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının II mərhələsində keçirəcəyi cavab oyununun hakimləri müəyyənləşib.

"Unikal" xəbər verir ki,  “qırmızı-qaralar”ın Yunanıstan təmsilçisi “Olimpiakos”la səfərdəki görüşünü Şimali İrlandiyadan olan ədalət təmsilçiləri idarə edəcək.

Matçın baş hakimi Ceymi Robinson olacaq. Ona həmyerliləri Adam Ceffri və Endryu Neteri köməklik göstərəcəklər.

Qeyd edək ki, noyabrın 29-da Pireydəki Georgios Karaiskakis stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. Qəbələdəki ilk oyunda Azərbaycan təmsilçisi 0:3 hesabı ilə uduzub