Mingəçevirdə yol qəzası olub, yaralanan var  

"Unikal"ın məlumatına görə hadisə Samux küçəsində baş verib. Biri "VAZ 21099" olmaqla iki avtomobilin toqquşması nəticəsində ciddi xəsarət alan 1981-ci il təvəllüdlü Ağaverdiyeva Elnarə Fazil qızı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov