Gəncədə qəza olub, ölən və xəsarət alanlar var.

"Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev parkının qarşısında qeydə alınıb. Hərəkətdə olan "ZİL" markalı yük maşını ilə  "VAZ 2106" markalı minik maşını toqquşub. Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisə yerində DYP  əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov