Almaniya Bundesliqasının 11-ci turunun oyununda “Ştutqart” Dortmund “Borussiya”sını 2:1 hesabı ilə üstələyib.
"Unikal" xəbər verir ki, ev sahiblərinin qollarını Deniz Undav (42-ci dəqiqə) və Seru Qirassi (83-cü dəqiqə, penalti) vurublar. Qonaqların heyətində isə Niklas Füllkruq (36-cı dəqiqə) fərqlənib.
Qeyd edək ki, bu, Dortmund təmsilçisinin ardıcıl ikinci məğlubiyyətidir.
“Ştutqart” 24 xal toplayaraq turnir cədvəlinin üçüncüsüdür. “Borussiya” 21 xalla dördüncü yerlə kifayətlənir.