Azərbaycan millisinin üzvü Anna Yusupova Yunanıstanda keçirilən marafon qaçışı üzrə Balkan çempionatında uğurlu çıxışla yadda qalıb.

"Unikal" xəbər verir ki, atletimiz Afinada təşkil olunan yarışı 2:49:54 göstərici ilə başa vurub.

Bu nəticə ilə Anna Yusupova Balkan çempionatında 2-ci yeri tutub.