Madrid "Real"ı klubun baş həkimi Niko Mihiçi istefaya göndərib.
"Unikal" "Marca"ya istinadla xəbər verir ki, Mihiçin qovulmasında həlledici faktor Arda Gülərin ardıcıl zədələnməsi olub. Türkiyəli futbolçunun Madrid təmsilçisində ilk zədəsi zamanı gənc oyunçunun əməliyyat olunub-olunmayacağı ilə bağlı Mihiçlə doktor Leyes arasında fikir ayrılığı yarandığı xəbəri yayılıb. Mihiç Türkiyə millisinin üzvünün əməliyyat olunmamasının tərəfdarı olub.
A.Güler kimi bir çox futbolçu ötən mövsüm zədələrinin artması problemini yaşayb.