Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gədəbəy rayonunun Novoivanovka kəndi yaxınlığında dağlıq ərazidə quru otluq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən "Unikal"a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Əlavə məlumat veriləcək.