Bərdədə yük maşını minik maşını ilə toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Yenidaşkənd kəndində baş verib.

Belə ki, Bərdə rayon Hacılı kənd sakini, 1986-cı il təvəllüdlü  Məhərrəmov Elməddin Məhəmməd oğlu Bərdə rayon Yenidaşkənd kəndi ərazisində idarə etdiyi 09-BB-293 dövlət qeydiyyat nömrə nişanlı "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən "KamAZ" markalı yük maşını ilə toqquşub.

Hadisə zamanı minik avtomobilinin sürücüsü E.Məhərrəmov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Həsən Adıgözəlov