Gəncədə baş verən qəzada xəsarət alanlardan biri ölüb.

"Unikal"ın məlumatına görə, həmin şəxs 1985-ci il təvəllüdlü Ayaz Məmmədovdur.

Xəsarət alan 1962-ci il təvəllüdlü Məhəd Qasımovun müalicəsi davam etdirilir.

xxx

22:05

Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin "Köhnə Maşın bazarı" adlanan ərazisində qeydə alınıb. Hərəkətdə olan "Opel" və  "VAZ 2106"  markalı minik maşınları toqquşub. Qəza zamanı 2 nəfərin xəsarət aldığı bildirilir. Onlar dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov