Balakən rayonunun Meşəşambul kəndində ümumi sahəsi 160 kvadratmetr olan kürsülü, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 130 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin "Unikal"a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Kənd sakinlərinin köməyi ilə ev sahibləri xilas edilib, xəsarət alan olmayıb.

Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.