Sumqayıtda tapança və patronları tapılıb.

"Unikal" xəbər verir ki, Sumqayıt şəhəri, Stansiya Sumqayıt yaşayış massivi ərazisindən 1 ədəd "Makarov" tipli tapança, ona aid 1 ədəd sandıq və 8 ədəd patron aşkar edilib.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.