Rəsmi Moskva Ermənistan Baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Minskdə keçiriləcək sammitində iştirakdan imtina etməsinə münasibət bildirib.

"Unikal" rus mediasına istinadən xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Paşinyanın KTMT sammitində iştirakdan imtina etməsinə təəssüfləndiklərini ifadə edib. 

"Əgər belədirsə, onda yalnız təəssüf hissi ifadə etmək olar. Belə görüşlər mövqeləri dəqiqləşdirmək üçün yaxşı səbəbdir", - deyə Kremlin sözçüsü vurğulayıb.