Gəncədə zəncirvari qəza olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nəriman Nəriman prospektində qeydə alınıb. Hərəkətdə olan "VAZ 210992, "VAZ 2106" və "Mercedes" markalı minik maşınları toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ziddi ziyan dəyib.

İlkin məlumata görə, qəzaya səbəb avtomobillərdən biri ara məsafəsini düzgün seçməməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov