Bakı şəhərində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarə olunması məqsədilə tədbirlər davam etdirilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Unikal"a bildirilib ki, bu tədbirlər çərçivəsində bu gündən paytaxtın Ziya Bünyadov prospektində sürət həddi 90 km/saatdan 70 km/saata endirilib.
Qeyd olunan yolda hazırda müvafiq yol nişanlarının quraşdırılması davam etdirilir.