Şəki rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə rayonun Sarıca kəndi ərazisində qeydə alınıb.

"Lada Priora" və "Niva" markalı avtomobillərin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Novruzov Sarvan Adburəhim oğlu, 1956-cı il təvəllüdlü Mahmudova Nənəş Tapdıq qızı və 1957-ci il təvəllüdlü Məmişova Xoşbəxt İslam qızı xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.