Bu ilin 9 ayı ərzində ölkəmizə 1 milyon 536 min 378 əcnəbi daxil olub.
"Unikal" xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib.
V.Hüseynov əlavə edib ki, həmin müddət ərzində 1 milyon 533 min 47 əcnəbi isə ölkəni tərk edib.
"Bu ilin 9 ayı ərzində 1517 əcnəbinin ölkədə qalma müddəti uzadılıb, 65 756 əcnəbinin ölkədə müddətli yaşama icazəsi il sonuna qədər etibarlıdır, 11937 əcnəbinin il sonuna qədər etibarlı olan daimi yaşama icazəsi var, 107 ölkədən 9190 nəfər iş icazəsi alıb", - deyə o bildirib.