Qəhvəsevərlərin seçimi olan “Coffee`N Joy” markasının təşkilatı dəstəyi ilə Nizami Kino Mərkəzində karyerasını qurmaq və inkişaf etdirmək istəyənlər üçün Karyera Vizyonerləri Forumu təşkil edilib.
"Unikal" xəbər verir ki, təşkil olunan tədbirdə 5 əsas istiqamət üzrə yaradıcılıq, innovativlik, HR talant, karyera və təcrübə ilə əlaqədar çıxışlar olub.
Hər zaman gənclərin fərdi inkişafı, sağlamlığı və təhsilinə xüsusi həssaslıqla yanaşan “Coffee`N Joy” tədbir çərçivəsində ziyarətçiləri qəhvəyə qonaq edib.
Qeyd edək ki, ölkəmizdə gənclər üçün təşkil edilən müxtəlif tədbirlərə dəstək verən “Coffee`N Joy” markası bazarına daxil olduğu gündən qəhvə həvəskarlarının sevgisini qazanmağı bacarıb.