Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Salmanlı Mirhüseyn Həsən oğlu Masallı rayon Mərkəzi Xəstəxanasında müalicədə olarkən xəstəlikdən vəfat edib.

"Unikal"ın əldə etdiyi məlumata görə, sərhədçi qızdırma səbəbilə xəstəxanaya çatdırılıb. Onun tam olaraq hansı səbəbdən vəfat etdiyi araşdırılır. 

Salmanlı Mirhüseyn ötən ayın 2-də hərbi xidmətə yollanıb, noyabrın 18-də andiçmə mərasimi olmalı idi. O, bu gün Cəlilabad rayonunda dəfn olunacaq. 

Onun ailədə özündən başqa bir bacısı var. 

Ağarza Elçinoğlu 

***11:55

Dövlət Sərhəd Xidmətinin əsgəri vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin (DSX) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Salmanlı Mirhüseyn Həsən oğlu Masallı rayon Mərkəzi Xəstəxanasında müalicədə olarkən həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq, 16 noyabr 2023-cü il tarixdə xəstəlikdən vəfat edib.