Azərbaycanda qadınların əmək hüquqları genişləndirlir.

"Unikal" xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişikliyə görə, hamilə, üç yaşına qədər uşağı olan və 18 yaşına qədər əlilliyi olan uşaqlara baxan qadınlar gecə növbələrində, bayram günlərində işləyə biləcək, ezamiyyə cəlb oluna biləcəklər. Onlar öz razılıqları əsasında işlərə cəlb oluna biləcəklər.

Qanun eyni zamanda 18 yaşına çatmamış işçilərə, eləcə də 14 yaşına qədər uşağı tək böyüdən kişilərə də şamil olunur. Bundən əvvəl isə bu qeyd olunanlar qanunla qadağan idi. Belə ki, mövcud qanun görə, hamilə, üç yaşına qədər uşağı olan və 18 yaşına qədər əlilliyi olan uşaqlara baxan qadınlar gecə növbələrində, bayram günlərində işləməyə qadağa qoyulmuşdu. Həmçinin ezamiyyə getmələrinə də icazə yox idi.

Qeyd edək ki, qanun layihəsinə edilən dəyişikliyin əsas məqsədi ölkədə qadın və kişilər arasında əmək haqları ərasında fərqi azaltmaqdır.

Anar Kəlbiyev