Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanımız Vüqar Ağayevin anası Xanım Ağayeva Bakı Sağlamlıq Mərkəzinə “kəskin böyrək çatışmazlığı” diaqnozu ilə müraciət edib. 

"Unikal" xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzinin terapiya şöbəsində müalicəsinə başlanılan Xanım Ağayeva bugün tam sağlamlığına qovuşmuş vəziyyətdə evə yazılıb.

Belə ki, Bakı Sağlamlıq Mərkəzi şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına qayğı göstərməyi və onları daima diqqətdə saxlamağı unutmur. 

Mərkəzə rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov rəhbərliyi ilə bugün Xanım Ağayevanın doğum günü qeyd edilib.