Gəncədə 37 yaşlı kişi sirkə turçusu içərək ölüb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Sevinc qəsəbəsində qeydə alınıb. Daşkəsən rayon sakini 1986-cı il təvəllüdlü Ələmdar Bağırov ağır vəziyyətdə xəstəxanaya zəhərlənmə diaqnozu ilə gətirilib. Onun müayinə zamanı öldüyü məlum olub. Ə.Bağırovun hansı səbəbdən sirkə turşusi içərək intihar etməsi hələlik məlum deyil.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda  araşdırma aparılır.

Tural Əhmədov