İsmayıllı rayonunda 3.6 maqnitudalı zəlzələ olub.

Bu barədə "Unikal"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

“Bu gün yerli vaxtla saat 04:56-da İsmayıllı stansiyasından 3 km şimalda İsmayıllı rayonunda maqnitudası 3.6, dərinliyi 7 km olan zəlzələ qeydə alınmışdır”, – məlumatda qeyd olunub.