Salyan rayonunda silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Kürkənd kəndi ərazisində, Kür çayının sahilindən 2 ədəd "İJ" markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktla bağlı RPŞ-də Təhqiqat Bölməsində araşdırmalar aparılır.