Bakı-Qazax yolunda tutumlu yük maşını minik avtomobili ilə toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə gecə saatlarında yolun Ağdaş-Yevlax-Goranboy istiqamətindən keçən hissəsində baş verib. Yük maşınının minik maşını ilə toqquşması nəticəsində daşınan kartoflar yola dağılıb.

Hadisə nəticəsində xəsarət alanlar var.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov