"Qeyri-neft sektorunun inkişafı sahəsində atılan addımların nəticəsidir ki, qarşıya qoyulan məqsədlərə, hədəflərə uğurla nail oluruq. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və həmin ərazilərin iqtisadiyyatının ölkə iqtisadiyyatına inteqrasiyası istiqamətində geniş tədbirlər həyata keçirilir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
Nazir müavini bildirib ki, neft-qaz sektorunda 1,7 faiz azalma, qeyri-neft sektorunda isə 4,6 faiz artım proqnozlaşdırılır: "Bu da ölkədə qeyri-neft sektorunun inkişafı hesabına ölkə iqtisadiyyatının dayanıqlılığının təmin olunması hədəfinə uyğundur. Bu göstəricilər həyata keçiriləcək tədbirlər nəticəsində əldə olunacaq".
Anar Kəlbiyev