Goranboyda 57 yaşlı içkili kişi döyülərək xəstəxanalıq olub.
"Unikal"ın məlumatına görə, hadisə Xoylu kəndində baş verib. Əldə edilən ilkin bilgilərə əsasən, nizamsız hərəkətinə və danışığına görə 1966-cı il təvəllüdlü Talıbov Nəriman Bilal oğlu ünsiyyətdə olduğu şəxslər tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb. Döyülən kişi xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov