Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Unikal"a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı rayonun bir neçə kəndlərində kəndlərində fəaliyyət göstərən ümumilikdə 10-a yaxın kafe-restoranda məişət tullantılarının urnalardan kənara atılması müəyyən edilib, obyekt sahibləri ilə profilaktiki söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) və 271-ci maddələri ilə protokol tərtib olunub.