Sürücünün məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi ağır qəzaya səbəb olub.
"Unikal" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi sosial şəbəkədə məlumat yayıb.
Belə ki, bu gün saat 06:50 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 20-ci kilometrliyində "Mercedes" markalı, 99-FK-216 dövlət qeydiyyat nişanlı avtomobilin təkəri sıradan çıxdığı üçün sürücü nəqliyyat vasitəsini hərəkətdə olduğu ən sol zolaqda dayandırıb və zəruri təhlükəsizlik tədbirləri görmədən sərnişini ilə birgə nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman, arxadan eyni zolaqda yüksək sürətlə hərəkət edən "Honda" markalı, 77-GF-549 dövlət qeydiyyat nişanlı avtomobil nasaz nəqliyyat vasitəsinə çırpılıb.
Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü və sərnişini hadisə yerində həyatlarını itirib.
Hazırda faktla bağlı araşdırma aparılır.