Bu gün saat 16:00 radələrində Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 54-cü kilometrliyində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.
Qeyd olunub ki, Həsənov İbrahim Əkbər oğlunun idarə etdiyi "Mercedes" markalı, 04-BJ-781 dövlət qeydiyyat nişanlı marşrut xətti üzrə hərəkət edən sərnişin avtomobili ilə Hacıyev Murad Adil oğlunun idarə etdiyi "Howo" markalı, 77-DT-640 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Qəza nəticəsində "Mercedes" markalı avtomobildə olan Salyan rayon sakini 2008-ci il təvəllüdlü Məlikzadə Fərid Xaliq oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda faktla bağlı araşdırma aparılır.