Bakının Sabunçu rayonunda iki piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Zabrat şossesində qeydə alınıb.

İdarəetməni itirən avtobus 2 qadını vurub. Hər iki piyada hadisə yerində həyatını itirib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.