Cəlilabad rayonunda evdə yanğın olub, iki nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Buravar kəndində qeydə alınıb. Belə ki, evdə baş verən yanğını söndürən zaman iki nəfər xəsarət alaraq, rayon xəstəxanasına aparılıb.

Hazırda onların şəxsiyyəti və hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.