Qusarın rayonunda intihar hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, rayon sakini, 1991-cı il təvəllüdlü Muradov Raiq Kamal oğlu özünü asaraq intihar edib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.