Qaradağ rayonunun Lökbatan qəsəbəsində evlərin birindən 7900 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən "Unikal"a verilən məlumata görə, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Seymur İsayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.