Şəmkirdə zəncirvari qəza baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Mərkəzi Bazarının qarşısında qeydə alnıb. Bazarın qarşısı ilə hərəkət edən “VAZ-2107“ ilə  “Mercedes“ markalı minik maşını toqquşub.

Qəzadan sonra avtomobillərdən biri yol kənarında dayanan “Toyota Prado“ markalı minik maşını ilə toqquşub. "Prado" isə mağazaya çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov