Ağcabədi, Kürdəmir və Zərdab məktəblərindən olan 80 nəfərə yaxın abituriyent “UNEC-də 1 gün” layihəsində iştirak edib.
"Unikal" xəbər verir ki, UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin və “Zərdabi Yolu” tədris mərkəzinin təşkilatçılığı ilə keçirilən tanışlıq günündə abituriyentlər UNEC-in əsas və 3 saylı tədris binalarında olublar. Abturiyentlər universitetin auditoriyaları, kitabxanaları, imtahan zalı, müzakirə otaqları, Bloomberg laboratoriyası və s. ilə tanış olublar.
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova abituriyentlərə UNEC-dəki tədris prosesi, ixtisaslar, beynəlxalq xarici proqramlar, UDİD, xüsusi təqaüd imkanları barədə ətraflı məlumat verilib.
Sonra abituriyentləri maraqlandıran suallar cavablandırılıb.
Abituriyentlər UNEC-dən xoş təəssüratlarla ayrılblar.