Hacıqabulun Abulyan kəndində ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı ikiyə çatıb.

“Unikal" xəbər verir ki,  xəsarət alan 3 nəfərdən biri - Abdulabad kənd sakini, 2010-cu il təvəllüdlü Əliyar Şirəliyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, avtomobilin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb

XXX

21:15

Hacıqabulda yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı bir nəfər ölüb və üç nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə Hacıqabul rayonu ərazisində qeydə alınıb. 99-DS-748 dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobil idarə etmədən çıxaraq aşıb. Hadisə zamanı bir nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.