Salyan rayonu, Çuxanlı kəndində yerləşən bu evi digər evlərdən fərqləndirən ali bir məqam var-Şəhidlik zirvəsi. 44 günlük Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Kamil Əliş oğlu Şirinov bu evdə doğulub. Elə bu evdə böyüyüb boya-başa çatan Kamilin xatirəsini isə indi ailə üzvləri əziz tutaraq daim yaşadır.
"Unikal" xəbər verir ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsini əziz tutan SOCAR-ın “Azəriqaz” İB də Kamilin atası Əliş Şirinovun müraciətini qısa zamanda təmin edib.
Müraciətə əsasən fərdi yaşayış evinin qarşısından keçən diametri 57 mm-lik qaz xəttinin yeri dəyişdirilib.