"90-cı illərdə bəzi deputatlarla bərabər ABŞ-da oldum. Bizə Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşlığını verdilər. Bu gün onların hər ikisindən imtina edirəm".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, ABŞ-ın Azərbaycana qarşı 907-ci düzəlişi hərəkətə gətirməsi Bayden Administrasiyanın bəhanələrindən biridir: “Vaxtilə bu düzəliş sənədini hazırlayanlardan biri də Baydenin özüdür”.
Anar Kəlbiyev