Sumqayıtda 5 mərtəbəli binada yanğın baş verib.

FHN-dən "Unikal"a verilən xəbərə görə, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac, 3 p.m elektrik kabeli və 1 ədəd su sayğacı yanıb. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.