Gəncədə evin damından yıxılan şəxs xəstəxanada ölüb
"Unikal"ın məlumatına görə, Gəncədə bir neçə gün əvvəl hündürlükdən yıxılan şəxs xəstəxanada ölüb. Belə ki, 1975-ci il təvəllüdlü İlqar Köçəriyev kəllə-beyin travması ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin tibbi müdaxilələrinə baxmayaraq İlqar Köçəriyev bu gün müalicə aldığı tibb müəssisəsində ölüb.
Qeyd edək ki, İ. Köçəriyev şəhərin Nəriman Nərimanov küçəsində yerləşən yaşadığı evin damından yıxılıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov