Gəncədə itkin düşən 2009-cu il təvəllüdlü Orxan Səmədov tapılaraq ailəsinə təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə Regional qrupdan "Unikal"a bildirilib ki, Orxan Səmədov Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılıb.

***

09:14

Gəncədə 14 yaşlı oğlan itkin düşüb.

"Unikal" xəbər verir ki, şəhər sakini, 2009-cu il təvəllüdlü Hüseyn Səmədov noyabrın 18-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedərək itkin düşüb.

Araşdırma aparılır.