Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən təkər təmiri sexində ölüm faktı qeydə alınıb.
"Unikal" xəbər verir ki, həmin sexdə işləyən 1999-cu il təvəllüdlü Rəfail Əzimov təmir işi görərkən təkərin partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.
Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.